Xocalı. Trend:
İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Azərbaycanıniqtisadi potensialının artmasına geniş imkanlar yaradır. Qarabağ vəŞərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarlıq fəaliyyətinintəşviqi biznes cəlbediciliyinin artırılmasında, regionuninkişafında və əhalinin rifahının yaxşılaşdırılmasında mühüm roloynayır. Bölgədə yeni istehsal müəssisələrinin qurulması,məşğulluğun təmin olunması məqsədilə yerli və xarici investorlarıncəlbi istiqamətində dəstək tədbirləri həyata keçirilir. Beləmüəssisələrdən biri də Prezidenti İlham Əliyevin iştirakı ilə mayın9-da açılışı olan “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalırayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıqkompleksidir.
Trend-in bölgəmüxbiri xəbər verir ki, heyvandarlıq kompleksinə damazlıq,ətlik-südlük heyvandarlıq, istehsal və ictimai iaşə xidmətləridaxildir. Damazlıq fermer təsərrüfatının ümumi tutumu 750 başiribuynuzlu heyvandan ibarətdir. Hazırda təsərrüfatda 355 baş üçnöv müxtəlif cins iribuynuzlu damazlıq heyvan var. Türkiyə vəAlmaniya texnologiyaları tətbiq olunmaqla fəaliyyət göstərənkompleks illik 100 ton ət, 2 min ton süd istehsalı gücünə malikdir.Gələcəkdə süd istehsalının illik 3 min tona çatdırılması nəzərdətutulur. Kompleksdə istehsal olunan məhsullar daxili bazarlayanaşı, Birləşmiş Ərəb Əmirliklərinə və Qətərə ixrac olunacaq.
Müəssisənin işğaldan azad olunmuş ərazilərdəki fəaliyyətinəticəsində 55 iş yeri yaradılıb. Gələcəkdə süd istehsalımüəssisəsinin də işə salınmasından sonra işğaldan azad edilmişərazilərdə şirkət tərəfindən yaradılan iş yerlərinin sayının 100-əçatdırılması nəzərdə tutulur.
Layihə dəyəri 4,2 milyon manat olan kompleksin ərazisi 7,6hektardır. 500 hektardan çox ərazidə isə payızlıq arpa və buğdaəkilib ki, bu da təsərrüfatda yemə olan ehtiyacı qarşılayacaq.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə istehsalfəaliyyəti ilə məşğul olan rezidentlər üçün idxal edilən texnika,texnoloji avadanlıq və qurğular, habelə xammal və materiallar ƏDVvə gömrük rüsumlarından, həmçinin burada fəaliyyət göstərənsahibkarlıq subyektləri mənfəət, torpaq, əmlak və sadələşdirilmişvergidən azad olunublar.