AZ

Renatın komandası qalib gəldi

Rahil Məmmədov və Renat Dadaşovun formasını geydiyi “Radomyak” Polşa Ekstraklasasında 32-ci tur oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda öz meydanında “Poqon”la qarşılaşıb. Görüş "Radomyak"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Rahil bu görüşün iştirak ərizəsində yer almayıb.

Meydana start heyətində çıxan Renat isə 77-ci dəqiqədə Pedro Perotti ilə əvəzlənib.

5 turdan sonra qələbə qazanan “Radomyak” 40 xalla 12-ci sıradadı.

Seçilən
0
football-plus.az

1Mənbələr