AZ

Zelenski Putinin İstanbulda görüş təklifinə cavab verdi – öncə 30 günlük atəşkəs, sonra...


Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın mayın 15-də İstanbulda birbaşa danışıqlara başlamaq təklifinə cavab verib.

Zelenski deyib ki, Ukrayna mayın 12-dən qüvvəyə minən “tam, uzunmüddətli və etibarlı” atəşkəs rejimini qəbul edəcəyi halda Rusiya ilə danışıqlara hazırdır.

"Rusların nəhayət müharibəni bitirmək barədə düşünməyə başlaması yaxşı əlamətdir. Dünyada hər kəs bunu çoxdan gözləyirdi. Həqiqi sülhə gedən ilk addım atəşkəsdir", - Zelenski Telegram-da açıqlamasında bildirib.

Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak da eyni mövqedən çıxış edərək, “Əvvəlcə 30 günlük atəşkəs elan edilməli, sonra hər şeyi müzakirə etmək olar” deyib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ukraynaya birbaşa danışıqların mayın 15-də İstanbulda heç bir ilkin şərtlər olmadan bərpa olunmasını təklif edib.

TAHİR

Seçilən
0
50
baki-xeber.com

10Mənbələr