AZ

“Araz-Naxçıvan” “Qarabağ”dan minimal xalı ala biləcəkmi?

Misli Premyer Liqasının XXXIV turunun üçüncü günü Bakıda yekunlaşacaq.

İdman.biz xəbər verir ki, “Qarabağ” “Araz-Naxçıvan”ı qəbul edəcək.

Rəqiblər çempionatda 12-ci matça çıxacaqlar.

Əvvəlki 11 oyunda Ağdam təmsilçisi üstünlüyə malikdir. “Qarabağ” 7 qələbə qazanıb. Naxçıvan klubu isə 3 dəfə qalib gəlib. Cəmi 1 oyun heç-heçə yekunlaşıb.

Top fərqində də Qurban Qurbanovun yetirmələri üstündür – 24-13.

“Qarabağ” bütün oyunlarda qol vurub. Bürünc medal üçün bütün gücünü səfərbər edəcək “Araz-Naxçıvan” son 3 matçda xal qazanmayıb. 1 xal kifayət edir ki, qonaqlar mövsümü 3-cü yerdə başa vursunlar.

05.08.2000

Qarabağ (Ağdam) - Araz (Naxçıvan)

1:0

10.05.2001

Araz (Naxçıvan) - Qarabağ (Ağdam)

2:1

14.10.2001

Araz (Naxçıvan) - Qarabağ-Azərsun (Ağdam)

3:2

23.12.2001

Qarabağ-Azərsun (Ağdam) - Araz (Naxçıvan)

3:0

20.08.2023

Qarabağ (Ağdam) - Araz-Naxçıvan

2:1

30.10.2023

Araz-Naxçıvan - Qarabağ (Ağdam)

2:1

23.01.2024

Qarabağ (Ağdam) - Araz-Naxçıvan

3:1

26.05.2024

Araz-Naxçıvan - Qarabağ (Ağdam)

2:2

02.08.2024

Araz-Naxçıvan - Qarabağ (Ağdam)

1:4

22.12.2024

Qarabağ (Ağdam) - Araz-Naxçıvan

2:0

08.03.2025

Araz-Naxçıvan - Qarabağ (Ağdam)

1:3

Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.

İdman.biz

Seçilən
0
idman.biz

1Mənbələr