AZ

Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək (FOTO)

Ağdam. Trend:

İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən mühümyol-nəqliyyat layihələrindən biri Ağdam Dəmir Yolu və AvtovağzalKompleksidir. Kompleks bölgədə ictimai nəqliyyatın əlçatanlığınıartırmaqla yanaşı, rayonun sosial-iqtisadi dirçəlişinə vəregionlararası əlaqələrin genişlənməsinə mühüm töhfə verəcək, özata-baba yurdlarına qayıdan soydaşlarımızın digər şəhər vərayonlara rahat şəkildə səfər etməsində böyük rol oynayacaq,ümumilikdə Azərbaycanın nəqliyyat potensialının genişlənməsinəxidmət edəcək.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Kommunikasiya departamentininİctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi BəxtiyarHacıyev Trend-inbölgə müxbirinə açıqlamasında bildirib ki, Dəmir yolu vağzalıgündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək.Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək.Kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək.

Ərazisi 8 hektara yaxın olan bu infrastruktur obyektində bütünzəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları,kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahətguşələri yaradılıb.

Sərnişinlərin həm qatar perronuna, həm də avtobuslar üçünnəzərdə tutulmuş dayanacaqlara rahat keçidi təmin olunub.
Kompleksin ərazisində, həmçinin müxtəlif növ nəqliyyatvasitələrinin servis binaları və sərnişin platforması tikilib.Ərazidə fərdi, orta və iritutumlu nəqliyyat vasitələri üçün yerüstüavtodayanacaqlar, şəhərlərarası və rayondaxili marşrutlar üzrəavtobuslar üçün perronlar, velosiped dayanacaqları, park vəelektromobillər üçün elektrik doldurma məntəqəsi də yaradılıb.

Qeyd edək ki, Ağdamın müasir şəhər statusuna uyğun inkişafınaxidmət edən strateji infrastruktur layihəsi olan Ağdam Dəmir Yoluvə Avtovağzal Kompleksinin təməli 2022-ci il oktyabrın 4-dəPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanıniştirakı ilə qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksininaçılışında iştirak edib.

Ağdam
Ağdam
Ağdam
Ağdam
Ağdam
Ağdam
Ağdam
Ağdam
Ağdam
Ağdam
Seçilən
0
34
az.trend.az

10Mənbələr