
Mayın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər saatlarında bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 70-75%, gündüz 55-60% təşkil edəcək.Azərbaycanın şimal və qərb rayonlarında isə bəzi yerlərdə fasilələrlə yağıntılı hava şəraiti gözlənilir, şimşək çaxacağı ehtimalı var. Gecə və axşam saatlarında ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağışlar, dolu düşməsi və yüksək dağlıq ərazilərdə sulu qar müşahidə oluna bilər. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.✍️"Ulusum".az
Diqqət Çəkənlər
Azərbaycan Hindistan və Pakistan arasında elan edilmiş atəşkəsi alqışladı // Statement on the Ceasefire reached between India and Pakistan
DSX-da Ulu Öndərin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib - FOTO
Ulu Öndərin Strateji Yolu - Nicatın Açarı