AZ

Putin Ukraynaya mayın 15-də İstanbulda danışıqlara başlamağı təklif etdi...


İstanbul yenidən Rusiya-Ukrayna danışıqlarında mərkəzə çevrilir...

Rusiya prezidenti Vladimir Putin Qərbin 30 günlük atəşkəs təklifinə əks təkliflə cavab verib. Putin mayın 15-də İstanbulda Ukrayna ilə birbaşa sülh danışıqlarının 2022-ci ildə kəsildiyi yerdən bərpa olunmasını təklif edib.

Beləliklə Trampın bir neçə gün əvvəl telefon danışığı zamanı Ərdoğanı Rusiya ilə Ukrayna arasında sülh danışıqlarında vasitəçiliyə dəvət etməsindən sonra İstanbul yenidən Ukrayna böhranının həlli üçün “danışıqlar ünvanı” kimi gündəmə gəlib.

“Danışıqlara təkrar başlamağı təklif edirik, vaxt itirmədən, gələn cümə axşamı, mayın 15-də İstanbulda - əvvəllər keçirildiyi, sonra kəsildiyi yerdə”, - deyən Putin, danışıqların heç bir ilkin şərt olmadan aparılmasını istədiklərini vurğulayıb.

Bu gün Ərdoğanla görüşəcəyini bildirən Putin, İstanbulda bu prosesin davam etdirilməsi üçün ondan dəstək istəyəcəyini deyib. O, bu təşəbbüsün yeni və “əsl atəşkəsə” yol aça biləcəyini vurğulayıb.

Putin Rusiyanın Ukrayna ilə “ciddi danışıqlara” hazır olduğunu bir daha bəyan edərək, danışıqların məqsədinin münaqişənin əsas səbəblərini aradan qaldırmaq və uzunmüddətli, davamlı sülhün əsasını qoymaq olduğunu bildirib.

“Bu danışıqlar zamanı yeni atəşkəs, yeni münaqişəsiz rejim barədə razılığa gəlmək mümkün ola bilər”, - deyə Rusiya lideri əlavə edib ki, Moskvanın danışıqlar təklifi masadadır, artıq qərarı Kiyev verməlidir.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə Rusiyadan bir nümayəndə heyətinin İstanbula gedəcəyini açıqlayıb. Kremlin sözçüsü Dmitri Peskov da İstanbulda danışıqların lazımi səviyyədə aparılacağını vurğulayaraq, hazırlıqların davam etdiyini bildirib.

TAHİR

Seçilən
0
baki-xeber.com

1Mənbələr