AZ

Türkiyədə Azərbaycan Kino Günləri

Türkiyənin İstanbul şəhərində Azərbaycan Kino Günləri keçiriləcək.

 

Modern.az-ın məlumatına görə, kino günləri Azərbaycan və Türkiyə Mədəniyyət nazirliklərinin birgə layihəsi olaraq gerçəkləşdiriləcək.

 

Azərbaycan Kino Günləri Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə həyata keçiriləcək.

 

Proqram çərçivəsində Azərbaycan və Türkiyədən olan kino mütəxəssisləri tərəfindən ortaq film istehsalı da müzakirə ediləcək.

 

Qeyd edək ki, tədbirin açılış mərasimi mayın 12-də saat 18:00-da İstanbulun “Atlas Sinema” kinoteatrında baş tutacaq.

 

Filmlərin nümayişi mayın 14-ə qədər davam edəcək.

Seçilən
0
9
modern.az

10Mənbələr