BAKI, 11 may. TELEQRAF
Almaniyanın "Hamburq" klubunun azarkeşləri 7 illik fasilədən sonra Bundesliqaya qayıdışı kütləvi şəkildə qeyd ediblər.
Teleqraf xəbər verir ki, II Bundesliqanın XXXIII tur oyununda "şəhərlilər" doğma meydanda "Ulm"u 6:1 hesabı ilə yenərək, ən azı ikinci yeri və birbaşa elitaya vəsiqəni təmin ediblər.
Final fitindən sonra azarkeşlər tribunadan çıxaraq meydanı tamamilə doldurublar.
Qeyd edək ki, II Bundesliqada Azərbaycan milli komandasının futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu "Nürnberq" klubu 45 xalla 10-cu pillədə qərarlaşıb.