BAKI, 11 may. TELEQRAF
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının XXXV turunda səfərdə "Barselona" ilə oyunda Arda Gülərə əsas heyətdə şans verə bilər.
Teleqraf xəbər verir ki, bu barədə italiyalı mütəxəssis mətbuat konfransında deyib.
Ançelotti Rodriqo, yoxsa Gülər sualını belə cavablayıb: "Rodriqo artıq komandaya dönüb. O, məşqlərdə özünü yaxşı tərəfdən göstərib. Həm Rodriqo, həm də Arda Gülər ilk seçimlərimizdən biridir. Onsuz da ilk "11-lik" üçün çox variantımız yoxdur. Standart vəziyyətlər üçün iki əla oyunçumuz var, Gülər və Modriç".
Qeyd edək ki, "Barselona" - "Real Madrid" qarşılaşması bu gün Bakı vaxtı ilə saat 18:15-də start götürəcək.