BAKI, 11 may. TELEQRAF
Atəşkəs Rusiya və Ukrayna arasında danışıqların başlanması üçün ilk addım olmalıdır.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında yazıb.
"Rusların nəhayət müharibəni bitirmək barədə düşünməyə başlaması yaxşı əlamətdir. Dünyada hər kəs bunu çoxdan gözləyirdi. Və istənilən müharibəyə real son qoyulması üçün ilk addım atəşkəsdir", - o vurğulayıb.
Zelenski əlavə edib ki, atəşkəs artıq 12 maydan başlamalıdır:
“Müharibəni bir gün də davam etdirməyin mənası yoxdur. Gözləyirik ki, Rusiya sabahdan – 12 may tarixindən başlayaraq tam, uzunmüddətli və etibarlı atəşkəsi təsdiqləsin. Ukrayna isə danışıqlara hazırdır”.