BAKI, 11 may. TELEQRAF
Ukrayna məsələsinin həlli ilə bağlı Rusiyaya təzyiq göstərmək tamamilə mənasızdır.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya Vaşinqtonun vasitəçilik səylərinə "çox minnətdardır", lakin Ukrayna məsələsində Rusiyaya təzyiq göstərməyin heç bir faydası yoxdur.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin mayın 11-dəki çıxışı zamanı 2022-ci ilin yazında dayandırılan birbaşa danışıqların bərpa edilməsini təklif edib. Dövlət başçısının sözlərinə görə, həmin dövrdə Kiyev nümayəndə heyəti müzakirələrdə iştirak etməyi dayandırıb və saziş layihəsini rədd edib. Rusiyanın fikrincə, bu, Qərbin təzyiqi altında baş verib.