AZ

Bəzi çaylarda sululuq artıb

Avtomat hidroloji stansiyaların mayın 11-i saat 9:00-a olan məlumatına əsasən, bəzi çaylarda sululuq artıb.

 

Senzor.az bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı açıqlamada belə deyilir.

 

Qeyd olunub ki, Böyük Qafqaz ərazisindən axan Qusarçayda 13 sm, Əyriçayda 12 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay-Kəlbəcərdə 7 sm, Tərtərçay-Vəng və Tutqunçayda 3 sm, Bərgüşadçayda 2 sm, Kür çayının aşağı axınında Kür-Salyanda 37 sm, Kür-Şirvanda 34 sm, Kür-Bankədə isə 5 sm artım qeydə alınıb.

Seçilən
0
49
senzor.az

10Mənbələr