Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin komandası “Boluspor” Super Liqaya vəsiqə uğrunda pley-off oyunları keçirəcək.
Futbolpress.az xəbər verir ki, Bolu təmsilçisi sonuncu turda “Adanaspor”u 7:0 hesabıyla məğlub edərək mövsümü 7-ci sırada tamamlayıb və pley-offda iştirak hüququ əldə edib.
Vüsal “Adanaspor”la matçda start heyətdə oyuna çıxıb və bir məhsuldar ötürmə edib.