Türkiyə Superliqasında 35-ci turun növbəti oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, “Trabzonspor” doğma meydanda “Qalatasaray” ilə qarşılaşıb.
Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İstanbul təmsilçisinin qollarını Abdulkerim Bardakçı və Alvaro Morata vurub.
İkinci yerdə qərarlaşan "Fənərbaxça"dan 8 xal irəlidə olan "Qalatasaray" 86 xalla liderliyini davam etdirir. "Trabzonspor" isə 46 xalla 8-ci pillədə yer alıb.
"Trabzonspor” - “Qalatasaray” 0:2
Qollar: A.Bardakçı,66, A.Morata,84