AZ

Xviça Kvaratsxeliya - dünyanın ən yaxşısı

Xviça Kvaratsxeliya hazırda dünyanın ən yaxşı driblinq ustalarının siyahısına başçılıq edir.

İdman.biz xəbər verir ki, PSJ və Gürcüstan millisinin vingeri "GiveMeSport"un reytinqində birinci yeri tutub.

Siyahıda ilk 5-likdə PSJ-nin iki, ilk 10-luqda isə üç futbolçusunun olması diqqəti çəkir.

Hazırda futbolda 15 ən yaxşı driblinq ustası:

1. Xviça Kvaratsxeliya (PSJ)
2. Rayan Şerki (Lion)
3. Camal Musiala (Bavariya)
4. Vinisius Junior (Real Madrid)
5. Usman Dembele (PSJ)
6. Lionel Messi (İnter Mayami)
7. Lamin Yamal (Barselona)
8. Desire Due (PSJ)
9. Niko Uilyams (Atletik)
10. Kilian Mbappe (Real Madrid)
11. Rodriqo (Real Madrid)
12. Florian Virts (Bayer)
13. Jeremi Doku (Mançester Siti)
14. Savio Moreira (Mançester Siti)
15. Jeymi Gittens (Borussia Dortmund)

İdman.biz

Seçilən
0
idman.biz

1Mənbələr