BAKI, TurkicWorld
ABŞ Prezidenti Donald Tramp ölkədəki miqrantların “ABŞ-dan pulsuz uçuş”la ayrılmasına icazə verən prezident fərmanını imzalayıb.
TurkicWorld-un məlumatına görə, yeni fərmana əsasən, ABŞ-ı daimi olaraq tərk edən miqrantların bütün uçuş xərcləri Federal Hökumət tərəfindən maliyyələşdiriləcək. Həmçinin ölkəni könüllü və daimi şəkildə tərk edən hər bir şəxsə “çıxış mükafatı” veriləcəyi bildirilib.
“Bu gün ilk öz-özünü deportasiya proqramını başlatmaq üçün bir İcra Sərəncamı imzaladım. Amerikada qalan qeyri-qanuni miqrantlar yalnız bizim qərarımıza bağlı olaraq hər hansı bir anda və istənilən yerdə qəfil deportasiya da daxil olmaqla cəzalarla üzləşəcəklər. Bütün əcnəbilərə səslənirəm: dərhal pulsuz uçuşunuzu təşkil edin” - deyə, Tramp qeyd edib.