Bakı. Trend:
Misli Premyer Liqasında XXXIV tura bu gün baş tutacaq iki oyunlayekun vurulacaq.
Trend xəbər verir ki, əvvəlcə "Kəpəz""Sumqayıt"ı qəbul edəcək. Görüş saat 18:00-da başlayacaq.
"Sumqayıt" hazırda 30 xalla turnir cədvəlinin səkkizincipilləsində qərarlaşıb. Doqquzuncu yerdə olan Gəncə klubunun isə 29xalı var.
Turun son matçında "Qarabağ" evdə "Araz-Naxçıvan"la üz-üzəgələcək. Matçın start fiti saat 20:00-da səsləndiriləcək. "Qarabağ"turnir cədvəlində 80 xalla birinci yerdədir. Üçüncü olan"Araz-Naxçıvan"ın isə 55 xalı var.