Bu gün Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulacaq.
Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.
Elitada qalacağı dəqiqləşən “Kəpəz” “Sumqayıt”ı qəbul edəcək. Çempion “Qarabağ” isə “Araz-Naxçıvan”la üz-üzə gələcək.
Azərbaycan Pemyer Liqası
XXXIV tur
11 may
18:00 Kəpəz – Sumqayıt
Baş hakim: İnqilab Məmmədov
Tovuz şəhər stadionu
20:00 Qarabağ – Araz-Naxçıvan
Baş hakim: Əliyar Ağayev
“Azersun Arena”