Bakı. Trend:
ABŞ Dəniz Piyadaları Korpusu şənbə günü Yaponiyanın cənubundakıİvakuni Hərbi Hava Bazasına beşinci nəsil F-35B qırıcıtəyyarələrindən ibarət eskadron yerləşdirib.
Trend-inməlumatına görə, bu barədə ABŞ Dəniz Piyadaları Korpusununhesabatında bildirilir.
Yeni eskadron Yaponiyanın Honsyu adasında yerləşən bazada ABŞHərbi Hava Qüvvələrinin mövcud imkanlarını tamamlayacaq.
Bəyanatda qeyd olunur ki, bu yerləşdirmə ABŞ-Yaponiya QarşılıqlıƏməkdaşlıq və Təhlükəsizlik Müqaviləsi çərçivəsində DənizPiyadaları Korpusunun əməliyyat hazırlığını qoruyub saxlamasınaxidmət edir.
Bundan əlavə, ABŞ 2026-cı ilin yazında Honsyunun şimalındakıMisawa aviabazasına 48 ədəd F-35A qırıcısı göndərməyi planlaşdırır.Bu təyyarələr bazada hazırda yerləşən F-16-ları əvəz edəcək.