AZ

Yaponiya hipersəs hədəflərini vurmaq üçün relsli silahın prototipini sınaqdan keçirəcək

Bakı. Trend:

Yaponiya Müdafiə Nazirliyi hipersəs döyüş başlıqlarını vurmaqüçün nəzərdə tutulan elektromaqnit relsli silahın tam miqyaslıprototipinin sınaqlarına hazırlaşır.

Trend-inməlumatına görə, bu barədə Yomiuri qəzeti yazıb.

Silah, gəmilərdə yerləşdirilməsi planlaşdırılan "Aegis"çoxməqsədli izləmə və istiqamətləndirmə sistemləri ilə birlikdətətbiq ediləcək. Relsli silah partlayıcı maddələr olmadan mərminiiki metal bələdçi boyunca elektromaqnit gücü ilə son dərəcə yüksəksürətlə hərəkət etdirən bir sistemdir.

Nəşrin məlumatına görə, bu texnologiya uzun mənzilli və yüksəkdəqiqliyə malikdir, həmçinin istənilən hava hədəfləri – o cümlədənhipersəs raketləri – üzərində yüksək effektlə tətbiq olunabilər.

Layihəyə 2016-cı ildə start verilib, 2023-cü ildə isə kiçikölçülü prototip gəmidə sınaqdan keçirilib. Yeni mərhələdə sınaqdankeçiriləcək silah təxminən 6 metr uzunluğa və 8 ton ağırlığamalikdir.

Qəzet yazır ki, Tokio bu texnologiyanın inkişafında Fransa vəAlmaniyanın müdafiə qurumları və tədqiqat institutları iləəməkdaşlıq edir, həmçinin ABŞ istehsalı olan materiallardanistifadə olunur.

Seçilən
0
1
az.trend.az

2Mənbələr