AZ

Kim Çen In: ABŞ Rusiyaya hücum etsə, Pxenyan hərəkətə keçəcək

BAKI. 11 may. TELEQRAF

Şimali Koreya lideri Kim Çen In ölkəsinin Rusiyaya qoşun göndərməsinin “qanuni” addım olduğunu bildirib və ABŞ-nin Moskvaya qarşı yeni hücuma cəhd edəcəyi təqdirdə Pxenyanın hərbi gücdən istifadə etməkdən çəkinməyəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, Şimali Koreyanın KCNA agentliyi Kim Çen Inın ötən gün Rusiyanın Pxenyandakı səfirliyində Sovet İttifaqının İkinci Dünya Müharibəsində nasist Almaniyasını məğlub etməsinin 80-ci ildönümü münasibətilə keçirilən 9 May - Qələbə Günü bayramında çıxışını təqdim edib.

Keçən il Rusiya ilə imzalanan qarşılıqlı müdafiə razılaşması əsasında əsgərlərini Rusiyaya göndərilməsi əmrini verdiyini vurğulayan Kim "Bu müharibədə iştirakımız qanuni və suveren hüquqlarımız çərçivəsindədir" deyə bildirib.

O, Ukraynanı "nüvə dövlətinin ərazisinə hücum edən marionet dövlət", Cənubi Koreyanı isə "ABŞ-nin ən sadiq xidmətçisi" kimi xarakterizə edib.

Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (NIS) Şimali Koreyanın Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya 15 mindən çox əsgər göndərdiyini və onlardan 600-ə yaxınının öldüyünü, 4000-ə yaxın əsgərin isə yaralandığını açıqlayıb.

Seçilən
0
teleqraf.com

1Mənbələr