AZ

Rusiya 30 günlük atəşkəs təklifini nəzərdən keçirəcək –DMİTRİ PESKOV

Rusiya Ukraynada 30 günlük atəşkəs təklifini nəzərdən keçirəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “CNN“ telekanalına açıqlamasında deyib.

 

“Bunu düşünməliyik. Bu, hadisələrin yeni inkişaf mərhələsidir. Bizim öz mövqeyimiz var,” – deyə Peskov qeyd edib.

 

 

O, əlavə edib ki, bir neçə gün əvvəl Prezident Vladimir Putin 3 günlük atəşkəs elan edib.

Seçilən
0
6
senzor.az

10Mənbələr