AZ

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, filologiya üzrə fəlsəfə doktoru, Ağasən Bədəlzadə vəfat edib.
 
Bu barədə şairin oğlu Səbuhi Bədəlov məlumat yayıb.
 
O bildirib ki, Ağasən Bədəlzadə bu gün 85 yaşında dünyasını dəyişib.
 
Xatırladaq ki, artıq bir neçə ildir insult keçirmiş şair öz ata-baba yurdu olan İsmayıllı rayonunun Pirəbilqasım kəndində yaşayırdı.
 
Pedaqoji fəaliyyətlə yanaşı, gözəl şair kimi tanınan Ağasən Bədəlzadənin bu vaxtadək "Yanmaq ona deyərəm ki...", "Payızda məhəbbət", "Hayıf, a dünya səndən", "Qorxuram bu dünya sevgisiz qala", "Hələ yaşamağa dəyər dünyada" adlı şeirlər kitabları nəşr olunub.
 
Bundan başqa, Ağasən Bədəlzadənin şeirləri haqda müxtəlif qələm adamları, o cümlədən Xalq şairi Bəxtiyar Vahabzadə "Yanmaq ona deyərəm ki" adlı məqalə yazıb, müasirləri onun poetik axtarışlarını təqdir ediblər.
 
2017-ci ildə filologiya üzrə fəlsəfə doktoru olan şairin "Yapon ədəbiyyatı tarixi" dərslik kitabı çapdan çıxıb. Bu vaxtadək 11 kitabı çıxan şairin sonuncu kitabı "Tarixə düzgün baxış, yoxsa mistik naxış" adlanır.
Seçilən
0
1
moderator.az

3Mənbələr