AZ

Türkiyə Super Liqası: "Qalatasaray" Trabzon səfərindən 3 xalla ayrıldı

Türkiyə Super Liqasında 35-ci tur davam edir. 

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə 3 matç baş tutub.

“Eyüpspor” evdə “Kasımpaşa”ya uduzubsa, “Konyaspor” “Rizəspor”a qalib gəlib. “Trabzonspor”un qonağı olan “Qalatasaray” da turu inamlı qələbə ilə başa vurub.

Türkiyə Super Liqası
35-ci tur
9 may

BaşakşəhərFənərbağça 1:4
Qollar: Beyaz, 90+1 – Müldür, 44. Şkrinyar, 60. Ən-Nəsiri, 86. Aydın, 90+3.

Qaziantep Alanyaspor 0:1
Qol: Şporar, 52.

10 may

Eyüpspor – Kasımpaşa 0:3
Qollar:
Da Kosta, 38; 64. C.Keleş, 90+1.

Konyaspor – Rizəspor 2:1
Qollar:
U.Nayir, 47; 77 – Vareşanoviç, 71.

Trabzonspor – Qalatasaray 0:2
Qollar:
A.Bardakçı, 66. Morata, 84.

11 may

17:00. Sivasspor – Bodrumspor
20:00. Beşiktaş – Adana Dəmirspor
20:00. Göztəpə – Hatayspor

12 may

21:00. Kayserispor – Antalyaspor

 

Seçilən
0
fanat.az

1Mənbələr