AZ

Fələstini dəstəklədiyi üçün ABŞ-də həbs edilən Öztürk sərbəst buraxıldı

BAKI. 11 may. TELEQRAF

Fələstinə dəstək verdiyi üçün 6 həftədir ABŞ-də həbsdə saxlanılan Tufts Universitetinin doktorantı Rümeysa Öztürk sərbəst buraxılıb.

Teleqraf "TRTHaber"ə istinadən xəbər verir ki, Öztürkü cəzaçəkmə müəssisənin önündə çoxlu sayda inhan haqları müdafiəçiləri, o cümlədən Türkiyənin Bostondakı konsulu Halime Didem Buner və təhsil üzrə attaşe İbrahim Sığın qarşılayıb.

Öztürk özünü yaxşı hiss etdiyini və ona dəstək verən hərkəsə təşəkkür etdiyini bildirib.

Qeyd edək ki, ABŞ-nin Massaçusets ştatının Boston şəhərində yerləşən Tufts Universitetində doktorantura təhsili alan Türkiyə vətəndaşı Rümeysa Öztürk martın 25-də həbs edilib. O, yolda gedərkən mülki geyimli şəxslər tərəfindən həbs edilib. O, HƏMAS-a dəstək verməkdə ittiham olunub.

Dövlət katibi Marko Rubio açıqlama verib və Öztürkün vizasının ləğv edildiyini bildirib.

Tufts Universitetinin rektoru Sunil Kumar məhkəməyə müraciətində həbs edilən bütün tələbələrin azad edilməsini tələb edib. Rektor Öztürkün həbsinin təhsilin qlobal missiyasına zidd addım sayıb.

Federal hakim Denise Kasper Öztürkün deportasiyası əleyhinə qərar qəbul edib.

Seçilən
0
teleqraf.com

1Mənbələr