AZ

Markus Reşford hələ də "Barselona"nın transfer siyahısındadır

Bakı. Trend:

İspaniyanın nəhəng futbol klubu "Barselona", İngiltərəli hücumçuMarkus Reşfordu transfer hədəfləri arasında saxlamaqda davamedir.

Trend xəbər verirki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, klub hələ də “Mançester Yunayted”infutbolçusu, hazırda isə icarə əsasında “Aston Villa”da çıxış edənReşfordun yay transfer dövründə əlçatan olacağını düşünür.

“Barselona” rəhbərliyi 27 yaşlı futbolçunun həm mərkəzdə, həm dəcinahlarda hücumda oynamaq bacarığını yüksək qiymətləndirir.

Qeyd edək ki, Markus Reşford bu mövsüm İngiltərə PremyerLiqasında 25 oyunda 6 qolla yadda qalıb.

Seçilən
0
az.trend.az

1Mənbələr