AZ

Pakistan bütün aviareyslər üçün hava məkanını bağlayıb

Pakistanın hava məkanı 11 may saat 12:00-a qədər bütün aviareyslər üçün bağlı qalacaq.

APA xəbər verir ki, Bu barədə ölkənin Mülki Aviasiya İdarəsi açıqlama yayıb.

Əvvəlcə hava məkanının 3:15-dən 12:00-a qədər bağlanacağı bildirilmişdi.

Lakin müddətin başa çatmasına az qalmış, hakimiyyət yeni bəyanat yayaraq məhdudiyyətin uzadıldığını elan edib.

Qərarın qəbul olunmasına səbəb kimi təhlükəsizlik sahəsində mövcud vəziyyət göstərilir.

Rəsmi açıqlamada əlavə təfərrüatlar verilməyib.

Seçilən
0
7
apa.az

10Mənbələr