Rusiya Prezidenti Vladimir Putin Ukraynaya İstanbulda birbaşa danışıqları bərpa etməyi təklif edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Putin bunu mətbuat konfransında bildirib.
"Biz Kiyevə heç bir ilkin şərt olmadan birbaşa danışıqları bərpa etməyi təklif edirik. Danışıqlara mayın 15-də İstanbulda başlamağı təklif edirik", - Rusiya lideri vurğulayıb.
Putin əlavə edib ki, sabah Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla danışacaq və ondan Ukrayna ilə danışıqlar üçün meydança təqdim etməyi xahiş edəcək.