AZ

Sudanda həbsxanaya dron hücumu nəticəsində azı 20 məhbus ölüb

Bakı. Trend:

Sudanın Qərbində yerləşən Şimali Kordofan əyalətinin Əl-Obeydşəhərindəki mərkəzi həbsxanaya pilotsuz uçuş aparatının (PUA)hücumu nəticəsində azı 20 məhbus ölüb, 50 nəfər isə yaralanıb.

Trend xəbər verirki, bu barədə "Xinhua" agentliyi yerli hakimiyyət orqanlarınaistinadla məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində bütün həlak olan vəyaralananlar məhbuslardır. Hökumət nümayəndəsi Xalid Əli Əleysirbaş verənlərə görə Çevik Reaksiya Qüvvələrini (ÇRQ) ittihamedib.

“Bu, sudanlı mülki şəxslərə qarşı silahlı qrupların törətdiyicinayətlərin uzun siyahısına əlavə olunan tammiqyaslı hərbicinayətdir”, – deyə o bildirib. Onun sözlərinə görə, ÇRQ şənbə günüsəhər saatlarında Əl-Obeyd şəhər xəstəxanasına da PUA ilə zərbəendirib.

Hadisənin şahidlərindən biri "Xinhua"ya bildirib ki, həbsxanayaüç dronla təxminən beş raket atılıb və onlardan üçü birbaşa binayadüşüb. Hazırda ərazidə xilasetmə işləri davam edir.

Seçilən
0
az.trend.az

1Mənbələr