AZ

Liqa 1: PSJ “Monpelye”ni 4 qolla məğlub etdi

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 33-cü turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni günə təsadüf edib.

“Oser” – “Nant” və “Tuluza” – “Lans” matçlarında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Anje” doğma meydanda “Strasburq”a, “Brest” “Lill”ə, “Monako” Lion “Olimpik”inə, “Renn” də “Nitsa”ya qalib gəlib.

“Havr” – “Olimpik” (Marsel) və “Reyms” – “Sent Etyen” görüşlərində qonaqlar qələbəyə seviniblər. “Monpelye”nin qonağı olan PSJ də darmadağınla qalib gəlib.

Beləliklə, mövsümün sonuna bir tur qalmış 81 xalı olan PSJ vahid liderdir. Marsel “Olimpik”i 62 xalla ikinci, “Monako” 61 xalla üçüncü pillədə qərarlaşıb. “Nitisa”, “Lill” və “Strasburq”un 57, Lion “Olimpik”inin 54, “Brest”in 50 xalı var.

Fransa, Liqa 1
33-cü tur
10 may

Anje – Strasburq 2:1
Qollar: Lepaul, 15; 48 – Bakva, 43.

Oser – Nant 1:1
Qollar: Perrin, 45 – Leru, 45.

Brest – Lill 2:0
Qollar: Ayork, 42. Dumbiya, 64.

Monako – Olimpik (Lion) 2:0
Qollar: Minamino, 62. Zakariya, 68.

Monpelye – PSJ 1:4
Qollar: Kulibali, 64 – Mayulu, 44. Q.Ramos, 49; 59-pen; 65.

Reyms – Sent Etyen 0:2
Qollar: Tardeu, 3. Kardona, 41.

Renn – Nitsa 2:0
Qollar: Kalimuendo, 15; 80.

Tuluza – Lans 1:1
Qollar: Qboho, 47 – Əl-Aynaui, 61.

Havr – Olimpik (Marsel) 1:3
Qollar: Sumare, 66 – Quiri, 56; 90+9. Qrinvud, 85.

Seçilən
0
arena.az

1Mənbələr