AZ

La Liqa: “Atletiko” “Real Sosyedad”ı Sörlotun 4 qolu ilə yendi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 35-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.

“Jirona” doğma meydanda “Vilyarreal”a məğlub olub. Günün digər oyunlarında qonaqlar xalsız qalıblar. Belə ki, “Valensiya” “Xetafe”ni, “Selta” “Sevilya”nı, “Malyorka” “Valyadolid”i, Madrid “Atletiko”su isə “Real Sosyedad”ı məğlub yola salıb.

35-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

İspaniya, La Liqa
35-ci tur

9 may

Las Palmas – Rayo Valyekano 0:1
Qol: A.Qarsiya, 66.

10 may

Valensiya – Xetafe 3:0
Qollar: Pelelu, 8-pen. D.Lopes, 18. Duro, 37-pen.

Selta – Sevilya 3:2
Qollar: Moriba, 19. Minqesa, 65. B.İqlesias, 90+1 – Qudel, 45+8-pen. Salas, 90+8.

Jirona – Vilyarreal 0:1
Qol: Eyonq, 89.

Malyorka – Valyadolid 2:1
Qollar: Maskarell, 28. Darder, 49 – Çuki, 11.

Atletiko – Real Sosyedad 4:0
Qollar: Sörlot, 7; 10; 11; 30.

11 may

16:00. Leqanes – Espanyol
18:15. Barselona – Real
20:30. Atletik – Alaves
23:00. Betis – Osasuna

Seçilən
0
arena.az

1Mənbələr