AZ

A Seriyası: “Latsio” və “Yuventus”dan heç-heçə

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 36-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Komo” doğma meydanda “Kalyari”yə, “Empoli” isə “Parma”ya qalib gəlib. “Latsio” – “Yuventus” matçında isə komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

36-cı turun qalan görüşləri mayın 11-də və 12-də keçiriləcək.

İtaliya, A Seriyası
36-cı tur

9 may

Milan – Bolonya 3:1
Qollar: S.Ximenes, 73; 90+2. Pulişiç, 79 – Orsolini, 49.

10 may

Komo – Kalyari 3:1
Qollar: Kakre, 40. Strefessa, 45+2. Kutrone, 77 – Adopo, 22.

Latsio – Yuventus 1:1
Qollar: Vesino, 90+6 – Kolo Muani, 51.

Empoli – Parma 2:1
Qollar: Fassini, 11. Anyorin, 86 – Dyuriç, 73.

11 may

14:30. Udineze – Montsa
17:00. Verona – Leççe
20:00. Torino – İnter
22:45. Napoli – Cenoa

12 may

20:30. Venesiya – Fiorentina
22:45. Atalanta – Roma

Seçilən
0
arena.az

1Mənbələr