AZ

Emil oynadı, “Çernomorets” qalib gəldi

style='margin-bottom:10px;'>

Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayevin də formasını geyindiyi “Çernomorets” Ukrayna Premyer Liqasında 28-ci tur oyununa çıxıb.

QOL.az xəbər verir ki, komanda səfərdə “Vorskla” ilə qarşılaşıb. 

Görüş “Çernomorets”in 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Emil bu oyunda meydana start heyətdə çıxıb və 80-ci dəqiqədə Artyom Qabelokla əvəzlənib. 

Hazırda “Çernomorets” turnir cədvəlində 21 xalla 15-cidir.

Seçilən
0
teleqraf.com

1Mənbələr