AZ

Super Liqa: “Qalatasaray”dan Trabzonda inamlı qələbə

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 35-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Eyüpspor” “Kasımpaşa” ilə ev oyununda 3 cavabsız qolla məğlub olub. Üç qolun qeydə alındığı “Konyaspor” – “Rizəspor” matçında isə meydan sahibləri qələbə qazanıblar. Səfərdə “Trabzonspor”la qarşılaşmış “Qalatasaray” isə bu turu inamlı qələbə ilə başa vuraraq çempionluğa daha da yaxınlaşıb.

Super Liqada 35-ci turun qalan görüşləri mayın 11-də və 12-də keçiriləcək.

Türkiyə, Super Liqa
35-ci tur

9 may

Başakşəhər – Fənərbağça 1:4
Qollar: O.Beyaz, 90+1 – M.Müldür, 44. M.Şkrinyar, 60. Ən-Nəsiri, 86. O.Aydın, 90+3.

Qaziantep – Alanyaspor 0:1
Qol: Şporar, 52.

10 may

Eyüpspor – Kasımpaşa 0:3
Qollar: Da Kosta, 38; 64. C.Keleş, 90+1.

Konyaspor – Rizəspor 2:1
Qollar: U.Nayir, 47; 77 – Vareşanoviç, 71.

Trabzonspor – Qalatasaray 0:2
Qollar: A.Bardakçı, 66. Morata, 84.

11 may

17:00. Sivasspor – Bodrumspor
20:00. Beşiktaş – Adana Dəmirspor
20:00. Göztəpə – Hatayspor

12 may

21:00. Kayserispor – Antalyaspor

Seçilən
0
arena.az

1Mənbələr