AZ

Bundesliqa: “Bayern”dən “Borussiya” üzərində inamlı qələbə

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 33-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.

“Verder” – “Leypsiq” matçında qapılara qol vurulmayıb. Artıq çempionluğu təmin etmiş “Bayern” doğma meydanda Mönhenqladbax “Borussiya”sına qalib gəlib.

Digər oyunlarda isə qonaqlar qələbə qazanıblar. “Boxum” evdə “Maynts”a, “Holştayn” “Frayburq”a, “Union Berlin” isə “Haydenhaym”a məğlub olub.

33-cü turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
33-cü tur

9 may

Volfsburq – Hoffenhaym 2:2
Qollar: Estiqor, 1-öz qapısına. Vind, 81 – Kaderabek, 34. Bulter, 84.

10 may

Boxum – Maynts 1:4
Qollar: Holtmann, 84 – Amiri, 45+3. Mvene, 53. Burkardt, 73. Nebel, 90+3.

Holştayn – Frayburq 1:2
Qollar: Rozenbum, 24 – Manzambi, 45+2. Holer, 58.

Union Berlin – Haydenhaym 0:3
Qollar: Bek, 12; 73. Şoppner, 56.

Verder – Leypsiq 0:0

Bayern – Borussiya (Mönhenqladbax) 2:0
Qollar: H.Keyn, 31. Olise, 90.

11 may

17:30. Bayer – Borussiya (Dortmund)
19:30. Ayntraxt – Sankt Pauli
21:30. Ştutqart – Auqsburq

Seçilən
0
arena.az

1Mənbələr