Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 36-cı turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.
“Sauthempton” – “Mançester Siti” matçında qapılara qol vurulmayıb. Beləcə, UEFA Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan “şəhərlilər” elitanı tərk etmiş autsayderlə oyunda vacib xal itkisi ilə üzləşiblər.
Günün qalan oyunlarında meydan sahibləri məğlubiyyətə üzülüblər. “Fulhem” “Everton”a, “İpsviç Taun” “Brentford”a, “Vulverhempton” “Brayton”a, “Bornmut” isə “Aston Villa”ya məğlub olub.
Turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
İngiltərə, Premyer Liqa
36-cı tur
10 may
Fulhem – Everton 1:3
Qollar: R.Ximenes, 17 – Mikolenko, 45+3. M.Kin, 70. Beto, 73.
İpsviç Taun – Brentford 0:1
Qol: Şade, 18.
Sauthempton – Mançester Siti 0:0
Vulverhempton – Brayton 0:2
Qollar: Uelbek, 28-pen. Qruda, 85.
Bornmut – Aston Villa 0:1
Qol: Uotkins, 45+6.
11 may
15:00. Nyukasl – Çelsi
17:15. Mançester Yunayted – Vest Hem
17:15. Nottingem Forest – Lester Siti
17:15. Tottenhem – Kristal Pelas
19:30. Liverpul – Arsenal