AZ

"Azarkeşlər qarşısında utanırıq" - Kurban Berdıyev

“Turan Tovuz” Misli premyer-liqasının 34-cü turunda “Neftçi”yə məğlub oldu - 2:1.

“Football-plus.az” xəbər verir ki, oyundansonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Kurban Berdiyev görüş haqda fikirlərini bildirib.

- “Neftçi” qələbə layiq idi. Müdafiədə olan kobud səhvlərimizdən istifadə etdilər.

- Bu mövsüm yeganə rəqib oldu ki, “Neftçi”ni məğlub edə bilmədiz...
- Seçilmiş futbolçulardan ibarət komandadı.

- Dördüncü yeri itirmək təhlükəsini özünüzdə hiss edirsizmi?
- Güman edirik ki, itirməyəcəyik. Azarkeşlər qarşısında utanırıq.

- Hakim idarəçiliyindən razı qaldız?
- Bu sualı cavablandırmayım. Çox şeyi artıq başa düşə bilmirəm.

- “Turan Tovuz”un ilk “3-lük”də qərarlaşmaq şansı var idi. “Qarabağ”a azarkeşlik edəcəyinizi dedikdən sonra futbolçuların motivasiyalarında eniş yaşanır?
- Xeyr, belə deyil.

- Bu heyət avrokuboklarda oynamağa hazırdı?
- Bu heyət hazır deyil.

- Heyət nə qədər dəyişməlidi ki, hazır olsun?
- Bunu mən deyə bilmərəm. Prezident qərar verir. Müəyyən axtarışlar olacaq.

ƏSƏD SEYİDOV

Seçilən
0
football-plus.az

1Mənbələr