AZ

"Qalatasaray" daha bir rəqibini məğlub etdi

BAKI. 10 may. TELEQRAF

Türkiyə Super Liqasının XXXV turunda lider "Qalatasaray" "Trabzonspor"un qonağı olub.

Teleqraf xəbər verir ki, "Papara Park"da təşkil olunmuş görüş "sarı-qırmızılar"ın qələbəsi ilə yekunlaşıb - 2:0.

Qolları Abdülkerim Bardakçı 66-cı, Alvaro Morata 84-cü dəqiqədə vurub.

Bununla da xalını 86-ya çıxaran "Qalatasaray" çempionluğa daha da yaxınlaşıb. Hazırda ən yaxın izləyicisi Fənərbağça"nı 8 xal geridə qoyan "Cim-Bom" gələn tur "Kayserispor"la ev oyununda 1 xal qazansa, qızıl medalları təmin edəcək.

Qeyd edək ki, "Trabzonspor" və "Qalatasaray" mayın 14-də Qaziantepdə Türkiyə Kubokunun final oyununda üz-üzə gələcək.

Seçilən
0
teleqraf.com

1Mənbələr