AZ

"4-cü pilləni əldən verəcəyimizi düşünmürəm" - Kurban Berdıyev

style='margin-bottom:10px;'>

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 34-cü turunda "Neftçi" ilə 1:2 hesabı ilə uduzduqları oyunu şərh edib. 

QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: “Neftçi” qələbəyə layiq idi. Müdafiə xəttimizin kobud səhvlərindən istifadə etdilər. 4-cü pilləni əldən verəcəyimizi düşünmürəm. Amma azarkeşlərimiz qarşısında məğlub olduğumuza görə üzülürük və utanırıq”.

Mütəxəssis hakimliklə bağlı verilən suala belə cavab verib: "Bu suala cavab verməyim. Artıq çox şeyi başa düşə bilmirəm". 

K. Berdıyev hazırkı heyətin avrokuboklar üçün yetərli olmadığını da vurğulayıb. 

Seçilən
0
teleqraf.com

1Mənbələr