Almaniyanın Köln şəhərində populyar İran əsilli reper “Xatar”ın (əsl adı Civar Hacabi) meyiti aşkarlanıb.
Aznews.az xəbər verir ki, bu barədə “Far Out” nəşri məlumat yayıb.
Yerli KİV-in məlumatına görə, 43 yaşlı reperin ölüm səbəbi hələ açıqlanmasa da, musiqi ictimaiyyətinin nümayəndələri həmkarlarının ölümünü təsdiqləyiblər.
Hüquq-mühafizə orqanları ifaçının ölümü ilə bağlı araşdırmalara başlayıblar və hazırda hadisəyə üçüncü şəxslərin müdaxiləsinin mümkünlüyü istisna olunmur. İlkin məlumata görə, musiqiçinin bədənində zorakılıq izləri aşkarlanmayıb. Yekun nəticələr məhkəmə-tibbi ekspertizasından sonra açıqlanacaq.