GƏNCƏ, 10 may. TELEQRAF
Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Qəza zamanı 1973-cü il təvəllüdlü Lətafət İsmayılova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
52 yaşlı qadın Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılarkən təcili tibbi yardım avtomobilində dünyasını dəyişib.
Faktla bağlı araşdırma başlanılıb