AZ

“Levandovski ilə rəqabət mənim üçün böyük məktəbdir”

"Barselona"nın hücumçusu Ferran Torres komanda yoldaşı Robert Levandovski ilə olan rəqabətə münasibət bildirib.

90deqiqe.Az-ın “Mundo Deportivo”ya istinadən yaydığı məlumata görə, ispaniyalı futbolçu polşalı forvardın onun mövqeyində çıxış etməsini qürurverici hesab etdiyini deyib:

“Robertin mənim mövqeyimdə oynaması qürur mənbəyidir. O, son onilliyin ən yaxşı hücumçularından biridir. Bu, mənim üçün həm çətindir, həm də böyük məktəbdir. Mən hər şeyi süngər kimi uduram: soruşuram, dinləyirəm, müşahidə edirəm. O, təcrübəsini bölüşür, məsləhətlər verir – bu isə mənə çox kömək edir. Belə futbolçularla rəqabət aparmaq insanı inkişaf etdirir. Hər fürsətdən maksimum istifadə etmək vacibdir”

Ferran Torres bu mövsümdə "Barselona"da yüksək performans göstərir. La Liqada 17 oyuna çıxan futbolçu 5 qol və 2 məhsuldar ötürmə ilə komandasına töhfə verib. UEFA Çempionlar Liqasında isə 5 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə çıxış edib.

Seçilən
0
50
90deqiqe.az

10Mənbələr