AZ

"Bavariya" Tomas Müllerin son ev oyununa həsr olunmuş paylaşım edib - FOTO

“Bavariya” klubu Tomas Müllerin son ev oyununa həsr olunmuş tribunadakı vida pankartının görüntüsünü paylaşaraq futbolçuya təşəkkür edib.

90deqiqe.Az-ın məlumatına görə, Münhen klubu fotonu "X" sosial şəbəkəsində (keçmiş Twitter) paylaşaraq ona belə təşəkkür edib:

"25 il ərzində siz bizim rənglərimiz üçün hər şeyi verdiniz."

Qeyd edək ki, 35 yaşlı futbolçunun mövsümün sonunda "Bavariya"dan ayrılacağı daha əvvəl açıqlanıb.

Hazırda Almaniya Bundesliqasının 33-cü turu çərçivəsində "Bavariya" və "Borussiya Mönhenqladbax" komandaları "Allianz Arena"da qarşılaşır. Görüş Bakı vaxtı ilə saat 20:30-da start götürüb və bu dəqiqələrə olan məlumata görə, hesab Münhen klubunun xeyrinədir – 1:0.

Seçilən
0
90deqiqe.az

1Mənbələr