Şəki rayonunda yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 10 may, saat 17:00-da Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan yeddi nəfər (altısı kişi cinsli, biri qadın cinsli olmaqla) hospitalizasiya olunub.
"Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri orta-stabil olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilir.
20:12
Şəki rayonunda yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində xəsarət alanların adları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan altı nəfərin adları belədir:
Balakən sakinləri - "Mercedes" markalı mikroavtobusun sürücüsü, 1986-cı il təvəllüdlü Gündüzzadə Asif, 1992-ci il təvəllüdlü Əliyev Turqut, 2019-cu il təvəllüdlü Qədirzadə Kənan və 1961-ci il təvəllüdlü Ocaqverdiyeva Eteri, Şəki sakinləri - "Ford" markalı yük avtomobilinin sürücüsü, 1987-ci il təvəllüdlü Elşən Məmmədov və 2013-cü il təvəllüdlü Məmmədli Əli.
Faktla bağlı araşdırma aparılır.
17:40
Şəki rayonunda yük maşını ilə mikroavtobus toqquşub, xəsarət alanlar var.
Moderator.az "Report"a istinadən xəbər verir ki, hadisə Şəki şəhəri, Salman Mümtaz küçəsində qeydə alınıb.
Belə ki, "Ford" markalı yük maşını ilə "Mercedes Vito" markalı mikroavtobusun toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.