AZ

ABŞ-də zəlzələ oldu

ABŞ-nin Tennessi ştatında 4.1 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələ Atlantada, Şimali Karolinanın qərb hissəsində və digər rayonlarda hiss edilib.

Zəlzələnin episentri Tennessi ştatının Qrinbek şəhərindən təxminən 20 kilometr aralıda, Noksvildən isə təxminən 48 kilometr cənubda yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilmir.

Milli.Az 

Seçilən
0
8
milli.az

9Mənbələr