AZ

Ali məktəblərə keçid balları arta bilərVİDEO

Bu il ali məktəblərə keçid balları arta bilər.

Xezerxeber.az-ın məlumatına görə, təhsil eksperti Kamran Əsədov deyir ki, bu il ali məktəblərə qəbul olmaq istəyənlərin sayında kəskin artım müşahidə edilir.

Ən çox abituriyent sayının artımı isə 2 və 3-cü ixtisas qrupundadır. 2-ci ixtisas qrupunda ötən illə müqayisədə  abituriyentlərin sayı 3 minə yaxın artıb ki, bu da rəqabət mühitini artıracaq.   

Ekspert onu da bildirib ki, bu il ali məktəblərə qəbul üçün plan yeri ötən illə müqayisədə çoxdur. Amma bu heç də abituriyentlərdə arxayınlıq yaratmamalıdır.

Qeyd edək ki, may ayının 26-sı və iyunun 1-də artıq bloklar üzrə imtahan olacaq. Bu il ixtisas seçimi avqust ayında olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Seçilən
0
xezerxeber.az

1Mənbələr