AZ

Türkiyə XİN: Pakistan ilə Hindistan arasında əldə edilən atəşkəsdən məmnunluq duyuruq

İstanbul, 10 may, Günel Karatepe, AZƏRTAC

Pakistan ilə Hindistan arasında atəşkəs ilə bağlı qərarın qəbul edilməsindən məmnunluq duyuruq.

AZƏRTAC xəbər verir ki, bu ifadələr Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) mövzu ilə bağlı bəyanatında yer alıb.

“Tərəfləri, birbaşa və sağlam dialoqun təmini üçün atəşkəsin verdiyi bu fürsətdən maksimum yararlanmağa çağırırıq. Cənubi Asiyada sabitliyin davamlılığı baxımından, terrorla mübarizə sahəsi də daxil olmaqla, oxşar gərginliklərin qarşısını ala biləcək dialoq mexanizmlərinin qurulmasının vacibliyi aşkardır. Başda ABŞ olmaqla, atəşkəsin əldə olunmasına töhfə verən bütün ölkələrə təşəkkürümüzü bildiririk”, - deyə bəyanatda vurğulanır.

Seçilən
0
1
azertag.az

2Mənbələr