DAŞKƏSƏN, 10 may. TELEQRAF
Daşkəsəndə qonşular arasında düşən dava zamanı qadın döyülüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonunun Alunitdağ qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1986-cı il təvəllüdlü Elnarə Hüseynova qonşuları tərəfindən döyülüb. Qadın müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb. Qadının vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.