Şabranda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Gəndob-Yalama avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində olub.
Minik avtomobili hərəkətdə olarkən idarəetməni itirib və nəticədə yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı avtomobildə olan iki qardaş - Şabran rayonu, Gəndob kənd sakinləri Elməddin Fərzəliyev və Əmrəli Fərzəliyev həyatlarını itiriblər.
Bakı-Quba yolunda isə piyada ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə magistral yolun Hacı Zeynalabdin qəsəbəsindən keçən istiqamətində qeydə alınıb. Yolu keçmək istəyən 30-35 yaşlı piyadanı avtomobil vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hazırda həmin şəxsin şəxsiyyəti dəqiqləşdirilir. Meyit isə aidiyyəti üzrə təhvil verilib.
Ağdaşda isə hərəkətdə olan yük maşını aşıb, xəsarət alanlar var.
Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan yük maşınının sürücüsü idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.